Hindistanda qum qasırğası qurbanlarının sayı 100-ə çatır

Hindistanda qum qasırğası qurbanlarının sayı 100-ə çatır

-- bölgədə elektrik enerjisinin verilməsində fasilələr olub

İlk xəbər saat 12:04-də yayımlanıb
 
Hindistanın şimalında baş vermiş güclü qum qasırğası nəticəsində ölənlərin sayı artmaqda davam edir.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki,  qasırğa baş vermiş Uttar-Pradeş və Racastan ştatlarında həlak olanların sayı artıq 100-ə çatır.
 
X X X
 
Hindistanın şimalında baş vermiş güclü qum qasırğası 70 nəfərdən çox sakinin ölümü ilə nəticələnib.
 
Qasırğa Uttar-Pradeş və Racastan ştatlarının ərazisində baş verib.
 
Bölgədə həmçinin güclü yağıntılar və şimşək də qeydə alınıb. Qasırğa ağacları və işıq dirəklərini yerindən qopardığı üçün bölgədə elektrik enerjisinin verilməsində fasilələr olub.
 
Eyni zamanda, qum qasırğası paytaxt Dehlidə də baş verib. Hadisə ilə əlaqədar Dehliyə gəlməli olan azı 15 təyyarə başqa şəhərlərə yönləndirilib.
 
 
a

 

 

 

 

 

 

Google+ WhatsApp ok.ru