Hindistanda sərnişin qatarı relsdən çıxıb

Hindistanda sərnişin qatarı relsdən çıxıb

6 ölü, 35 yaralı

Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri (Uttar-Pradeş ştatı) yaxınlığıdna sərnişin qatarı relsdən çıxıb.

Maide.Az bildirir ki, Trend-in məlumatına görə, qatarın relsdən çıxması nəticəsində azı 6 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, qəzaya uğrayan qatar Malda şəhərindən (Qərbi Benqaliya ştatı) ölkənin paytaxtı Nuy-Deliyə gedirmiş.

Hazırda qəza baş verən yerdə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya açtdırılıb. Bildirilir ki, ölnlərin sayı arta bilər.

Qatarın relsdən çıxmasının səbəbi hələki məlum deyil. Araşdırma aparılır.

 

Google+ WhatsApp ok.ru