Hindistanda təyyarə uçuş-enmə zolağından çıxıb, xəsarət alanlar var

Hindistanda təyyarə uçuş-enmə zolağından çıxıb, xəsarət alanlar var

“Jet Airways” aviaşirkətinə məxsus  sərnişin təyyarəsi Hindistanın Qoa ştatının “Dabolim” hava limanında uçuş-enmə zolağından çıxıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində bir neçə sərnişin yüngül xəsarət alıb. Zərərçəkənlərə müvafiq tibbi yardım göstərilib.
 
Hindistanın kurort ştatı Qoadan Mumbaya uçan təyyarənin göyərtəsində 154 sərnişin olub.
 
Aeroportun işi müvəqqəti dayandırılıb. İnsidentin səbəbləri barədə məlumat verilmir. 
 

Google+ WhatsApp ok.ru