Hindistan hökuməti `Tac Mahal`ı  turizm obyektləri siyahısından çıxarıb

Hindistan hökuməti `Tac Mahal`ı turizm obyektləri siyahısından çıxarıb

Hindistan hökuməti dünyanın yeni yeddi möcüzəsindən biri, dünyanın ən gözəl, ən möhtəşəm Tac Mahal türbəsini turizm yerlərinin siyahısından çıxardıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalət hökuməti xüsusi İslami memarlığı ilə seçilən və  ildə 6 milyon turistin diqqətini özünə cəlb edən Tac Mahal türbəsini  ötən həftə turizm obyektləri siyahısından çıxardıb. 
 
Uttar Pradeş əyalətinin turizm təşkilatının sədri Rita  Bahuquna  bəyanat yayaraq  turizm  yerlərinin yeni siyahısını təqdim edib. 32 səhifəlik siyahıda buddist və hindulara məxsus bir çox tarixi bina yer alsa da  Tac Mahal  türbəsi siyahıdan çıxarılıb. 
 
Məlumatda bildirilir ki,  əyalətdə milliyyətçi və sağçı milli hökumət seçkilərdə qələbə qazanmaq üçün  yalnız  hinduları  rəsmən tanıyacağını bildirib.  Tac Mahal İslami mədəniyyətin irsi olduğu üçün  ona yad münasibət sərgilənib.
 
Qeyd edək ki, Tac Mahal türbəsi 1983-cü ildə UNESCO Ümumdünya İrsi siyahısına alınıb.  2007-ci ildə aparılmış  bir sorğunun nəticəsində görə dünyanın yeni yeddi möcüzəsindən biri  hesablanır.
 

Google+ WhatsApp ok.ru