Hindistanlı müsəlman evində 500 illik tarixi olan quran saxlayır

Hindistanlı müsəlman evində 500 illik tarixi olan quran saxlayır

Hindistanlı müsəlman gənc 500 illik tarixi olan və Osmanlı dövrünə aid qızıldan hazırlanmış Quranı evində saxlayır. 
 
Maide.Az xəbər verir ki, 30 yaşlı Məhəmməd Haris əslən hindistanlı olsa da, hazırda Malayziyada yaşayır və bankda çalışır. 
 
M.Haris bildirib ki, qızıldan hazırlanmış Quran 28 topludur və hər toplu 19-20 səhifədən ibarətdir ki, ümumilikdə 14 qutunun içərisində saxlanılır. Məndə 14 qutudan yalnız biri var və qalan 13 qutu həyat yoldaşımın qardaşı İsmail Kazimin əlindədir. 
 
O deyib ki, bu Quran nüsxəsi onun üçün xoşşanslıq gətirib. “Tezliklə istəyirəm bu Quran nüsxəsini sərgiləyim və satışa çıxardım. Quranın nə qədər dəyəri olduğu bilinmir, lakin əlimdə olan toplunun dəyərinin 59 milyon dollar olduğu  hesablanır. İstəyirəm Quranı satmaqla islami mədəni irsin öyrənilməsi və araşdırılması üçün mərkəz yaradım”.
 

Google+ WhatsApp ok.ru