Hindistanlı ruhanilər namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib -FOTO

Hindistanlı ruhanilər namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib -FOTO

Bir qrup Hindistanlı ruhani Azərbaycan Ruhanilər Məclisinin üzvi, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin azadliq tələbi ilə bəyanat yayımlayıb. 
 
Maide.Az xəbər verir ki, Hindistanının “Sada-e Hussaini” qəzetində dərc olmuş bəyanatda bildirilir: 
 
“Son illər Azərbayan Respublikasında şiə ruhaniləri və tanınmış alimlərin hökumət tərəfindən həbs edildiyini müşahidə edirik. Azərbaycanda təkfirçi qüvvələrin fəaliyyətinin güclənməsinin bu ölkənin təhlükəsizliyini aradan qaldırıb mənafeyinə zidd olduğu  bir vaxtda, həmin şiə ruhani və alimlərin təbliğatı sağlam düşüncə, həqiqi İslam təlimləri əsasında, milli mənafe və bu ölkə xalqının inkişafına xidmət edir.
 Onların həbsi Azərbaycanda söz azadığı və azad düşünmək hüququnun pozulduğunun göstəricisidir. Biz Azərbaycan Respublikasının məsul şəxslərindən həbs olunan şiə ruhanilərini, xüsusilə, Sərdar Hacıhəsənlini sərbəst buraxılmasını istəyirik. “
 
Hindistandan olan bir qrup ruhani
 
 
 

Google+ WhatsApp ok.ru