Hindistanlı ruhanilər İslamı təbliğ etmək üçün internetdə kampaniya başladır

Hindistanlı ruhanilər İslamı təbliğ etmək üçün internetdə kampaniya başladır

Hindistanın Qərbi Benqal əyalətində olan ruhanilər və məscid imamları sosial şəbəkələrdə İslam dininin təbliği üçün kampaniyaya start verib.
 
Maide.Az xəbər verir ki, həqiqi İslam təlimlərini təbliğ etmək məqsədi ilə başladılan bu kampaniyada ifratçılıq, dini təəssübkeşlik və bu kimi hallarla mübarizə aparılacaq.  
Kampaniya "Faceebok", "Twitter" və "Whatsapp" qruplarında aparılacaq. Din alimləri ilə yanaşı, eləcə də universitet müəllimləri və həkimlər də kampaniyaya qoşulub. 
 
Qeyd edək ki, bir həftə öncə Hindistanın Badurya, Basirət və bir neçə digər kəndlərində müsəlmanlar əleyhinə zorakılıq baş verib. Bu zorakılıqlar "facebook"da müsəlmanlara qarşı çağırışdan sonra baş verib. Hücum edən şəxslər müsəlmanların evlərinə hücum edib və avtomobillərini yandırıb. Hindistanlı ruhanilər bunun ardınca sosial şəbəkələrdə ekstrimizm və zorakılıqla mübarizə aparmaq və həqiqi İslamı təbliğ etmək məqsədilə belə bir kampaniyaya start verib.
 
Kolkata şəhərinin imama camaatı Fəzl Rəhman bildirib ki, hazırda bu kampaniyaya daha çox ehtiyac var. “Sosisal şəbəkələr güclü KİV vasitəsidir və  bu şəbəkələr vasitəsi ilə bəzi yalnış anlamalar və ifratçılıq təbliğ olunur. Biz də qərara gəldik ki, elə sosial şəbəkələr vasitəsilə ifratçılqla mübarizə aparaq”.
 
O deyib ki, hazırda biz bu kampaniyanı irəli aparmaq üçün gənc kadrlar toplayırıq. Onların öhdəliyi həqiqi İslamı təbliğ etməkdir. İslam öldürməyə icazə vermir. İslam sülh və dostluq dinidir. Kampaniya çərçivəsində İslam və Quran təlimləri səs və vidoe materiallarla yayımlanacaq. Materiallar ərəb, urdu, hind, ingilis və benqal dilində hazırlanacaq və sosial şəbəkələrdə paylanılacaq. /

Google+ WhatsApp ok.ru