Hindistanlı məşhurlardan Netanyahuya etiraz

Hindistanlı məşhurlardan Netanyahuya etiraz

-- sionist İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərinə, qadın və uşaqlar...

 "Bollivud" ulduzlrından olan 3 Hindistanlı aktyor işğalçı, sionist İsrail rejiminin baş naziri ilə görüşməkdən imtina etdikləri üçün, sosial şəbəkələrin qəhrəmanına çevrilib.
 
Maide.Az “İRNA”- a istinadən xəbər veri rki, Hindistan kinosunun 3 müsəlman ulduzu olan Salman Xan, Əmir Xan və Şahrox Xan işğalçı, sionist İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərinə, qadın və uşaqlar da daxil müsəlmanları qətliam etməsinə etiraz olaraq Bombeydə keçirilən toplantıda Benyamin Netanyahu ilə görüşdən imtina edib. 
 
Sosial şəbəkələrdə bu 3 müsəlman kino olduzunu həqiqi qəhrəmanlar adlandırılıb.
 
Qeyd edək ki, işğalçı, sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun ötən həftə Hindistana olan səfəri bu ölkə xalqı, dini və ictimai qrupları, eləcə də siyasi partiyaları və tanınmış simaları tərəfindən  etirazlarla qarşılanıb. Ölkənin müxtəlif şəhərlərində Netanyahu əleyhinə aksiyalar keçirilib.

Google+ WhatsApp ok.ru