Hindistanlı siyasətçi müsəlmanların ölkədən çıxarılmasını istəyib

Hindistanlı siyasətçi müsəlmanların ölkədən çıxarılmasını istəyib

-- Hindistanda 200 milyon müsəlman yaşayır

Hindistan parlamentinin nümayəndəsi və “hindu” siyasətçisi Vinay Katyar müsəlmanların Hindistanı tərk etmələrini istəyib. 
 
Maide.Az "İQNA"a istinadən xəbər verir ki, O deyib ki, Müsəlmanlar Hindistanda yaşamamalıdırlar. Onlar gərək Pakistan və Banqladeş kimi ölkələrə çıxıb getsinlər.
 
V.Katyar deyib ki, müsəlmanlar öz dinləri və cəmiyyətləri ilə cəmiyyətimizdə dini və ictimai parçalanmaya səbəb olurlar.
 
Qeyd edək ki, Hindistanın hakim partiyası “BJP” Utrapradeş əyalətlərinin əyalət parlamenti seçkilərində qalib gəldikdən sonra radikal hinduların müsəlmanlara qarşı hücumları artıb. 
 
Əksəriyyətini hindular təşkil edən Hindistanda yaşayan müsəlman azlqıların sayı 200 milyon nəfərdir.  

 

Google+ WhatsApp ok.ru