Hindistan müsəlmanları Netanyahunun  səfərinə etiraz edir -VİDEO

Hindistan müsəlmanları Netanyahunun səfərinə etiraz edir -VİDEO

-- “Netanyahu geri dön”...

İşğalçı İsrail rejiminin baş naziri  Benyamin Netanyahu ötən gün  130 nəfərlik heyətlə Hindistana 5 günlük səfər edib.
 
Maide.Az "İribnews"-a istinadən xəbər verir ki, Hindistan müsəlmanları Netanyahunun gəlişinə görə artıq bir neçə gündür ki, etiraz aksiyası keçirir. 
 
Belə aksiyalardan biri də ötən gün Hindistanın şimalında  Kargil  şəhərində minlərlə insanın iştirakı ilə baş tutub. 
 
Mənfi 20 dərəcə şaxta olmasına baxmayaraq müsəlman etirazçılar izdihamlı yürüş keçirərək işğalçı rejimin baş nazirinin Hindistana səfərini pisləyib. Onlar   “Netanyahu geri dön”,  “Netanyahuya ölüm”, “İsrailə ölüm”, “Amerikaya ölüm”, “Netanyahu Qandi ölkəsindən geri dön” şüarları səsləndirib. 
 
Etirazçılar əllərində İmam Xomeyni (rə) və Ayətullah Xameneinin fotolarını və Fələstin bayrağını daşıyıb. Onlar  Fələstin xalqının yanında olduqlarını elan edib. 
 
Etirazçılar həmçinin Netanyahunun kuklasını  yandırıb. 
 

Google+ WhatsApp ok.ru