Hindistanın Ali məhkəməsi biçilmiş tarla kövşənliyinin yandırılmasını qadağan edib

Hindistanın Ali məhkəməsi biçilmiş tarla kövşənliyinin yandırılmasını qadağan edib

Hindistanın Ali məhkəməsi biçilmiş tarla kövşənliyinin yandırılmasını dayandırmaq barədə qərar çıxarıb
 
Maide.Az "RİA novosti"ə istinadla xəbər verir ki, Ali məhkəmə Pəncab, Uttar-Pradeş, Haryan ştatlarında biçənəklərin yandırılmasının təcili dayandırılmasını tələb edib.
 
Biçindən sonra kövşənə od vurulması bir sıra yaşayış ərazilərində havanın çirklənməsinə səbəb olub. Ölkənin paytaxtında isə atmosfer çirklənməsi kritik həddə çatıb. 
 
Ali məhkəmənin qərarında deyilir ki, “əgər biçənəklərin yandırılması davam edərsə,  bu bölgələrin idarəetmə orqanları məsuliyyətə cəlb ediləcək. Bu qərara biganə yanaşan şatatların rəhbərliyi barəsində ciddi tədbirlər görüləcək”. 
 
Bundan əvvəl Hindistan Ali məhkəməsi paytaxt  Nyu-Dehlidə aparılan  tikinti işlərinin dayandırılması və dizel generatorlarının elektrik enerjisi ilə işləyən generatorla əvəz edilməsi barədə  qərar çıxarmışdı. Bundan savayı noyabrın 4-15 günlərində Hindistanın paytaxtında şəxsi avtomobillərdən istifadə məhdudlaşdırılacaq.
 
Belə ki, bu ay təqvimin cüt günlərində nömrəsi cüt rəqəmli olan avtomobillər, ayın tək günlərində nömrəsi tək rəqəmli olan avtomobillərdən istifadə etməyə qərar verilib. Bu qərarda istisna olaraq tənha analara və məktəbliləri daşıyan maşınları sürməyə icazə verilir. Şəhər rəhbərliyi bu qərarın noyabrın 15-dən sonra da uzadıla biləcəyini ehtimal verib. 

Google+ WhatsApp ok.ru