Hindistanın Haydarabad şəhərində şiddətli yağışlar, sel və daşqınlar  - FOTO

Hindistanın Haydarabad şəhərində şiddətli yağışlar, sel və daşqınlar - FOTO

Hindistanın müsəlmanların yaşadığı Haydarabad şəhərində bir neçə gündür davam edən leysan yağışlar sel və daşqınlara səbəb olub.
 
Maide.Az "ABNA"a istindala xəbər verir ki,  oktyabrın 14-dən yağan güclü yağışlar müsəlmanların yaşadığı Haydarabadın bir çox bölgəsində daşqına səbəb oldu. Daşqınların indiyə qədər 80-dən çox insanın ölümün səbəb olub. Hyderabad şəhər rəsmiləri bölgədə fövqəladə vəziyyət elan edib. 
 
Hökumət və xalq qüvvələri bir çox ərazidə xilasetmə əməliyyatlarını gücləndirib.  Ayrıca, Hyderabad şəhəri və ətrafındakı bütün məktəb və universitetlərdə imtahanlar ləvğ olunub. 
 
Daşqınlar Haydarabad şəhərinə və ətraf kəndlərə ciddi ziyan vurub.  
 
Qeyd edək ki, 1908-ci ildə baş vermiş sel və daşqınlarda Haydarabad şəhərində 15 min nəfərə həyatını itirmişdi. 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru