Hindistan Pakistana xəbərdarlıq etdi

Hindistan Pakistana xəbərdarlıq etdi

-- Camma və Kaşmir ştatında hərbi düşərgəyə hücuma görə

Camma və Kaşmir  ştatında hərbi düşərgəyə hücuma görə Hindistan Pakistana xəbərdarlıq edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Röyters məlumat yayıb. 
 
Pakistan istənilən təcavüz aktından özünü qoryu biləcəyini açıqlayıb, həmçinin  Hindistanın  ittihamlarının ədalətsiz və dəlilsiz olduğunu vurğulayıb.
 
Qeyd edək ki, fevralın 10-da hər iki ölkənin münaqişə bölgəsi olan ştatda hücum olmuşdu. Son məlumatlara görə hadisə zamanı 6 hərbçi və əsgərlərdən birinin atası həlak olub.
 
Hindistanın müdafiə naziri Nirmala Sitaraman jurnalistlərə bildirib ki, hücumun Pakistanın təşəbbüsü ilə həyata keçdiyi barədə əlində sübutlar var və qonşu ölkə buna cavab verməli olacaq.
 
Pakistan ittihamları və Kaşmir separatçılarını maliyyələşdirdiyi barədə deyilənləri rədd edir. 
 
«Hindsitanın öz üzərinə hakim, andlılar və cəllad rolunu öz üzərinə götürdüyünü dəfələrlə müşahidə etmişik», - deyə Pakistan XİN-in bəyanatında deyilir.
 
Xatırladaq ki, fevralın 10-da silahlı qruplaşmalar  Hindistan Ordusunun hərbi düşərgəsinə hücum edib. 36 saat çəkən döyüşdə 3 terrorçu məhv edilib. 
 

Google+ WhatsApp ok.ru