Hindistanın Racastan əyalətində donuz qripi həyəcanı

Hindistanın Racastan əyalətində donuz qripi həyəcanı

-- 500-ə yaxın insanın donuz qripinə yoluxduğu bildirilir.

Hindistanın Racastan  əyalətində son günlər artan hadisələrə görə  domuz qripi ilə  həyacan təbli çalınıb. 
 
Maide.Az “dunyabulteni”nə istinadən xəbər verir ki, Hinsitanın Racastan əyalətində  500-ə yaxın insanın donuz qripinə yoluxduğu bildirilir. 
 
"The Hindu" qəzetində yer alan məlumata görə,  dekabr ayında 400-dən çox  xəstəyə donuz qripi diaqnozu qoyulan  bu əyalətdə  ötən 3 gün ərzində  daha 85 nəfərdə donuz qripi virusu aşkarlanıb. 
 
Racastan əyaləti üzrə səhiyyə naziri Kaliçaran Saraf  bildirib ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün lazimi addımlar atılıb.  Donuz qripinə yoluxanların müalicəsinə  tez bir zamanda müalicəsi üçün çalışılır.  
 
Ötən il  Racastan əyalətində 3 min 214  nəfər bu virusa yoluxub. Onlardan 241 nəfəri ölüb. 
 

Google+ WhatsApp ok.ru