Hindistanın şimalında baş verən iki yol-nəqliyyat hadisəsində

Hindistanın şimalında baş verən iki yol-nəqliyyat hadisəsində

-- 15 nəfər həlak olub

Son sutka ərzində Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 15 nəfər həlak olub.
 
“Hindustan Times” nəşrinə istinadla xəbər verir ki, avtomobil qəzalarından biri Mizrapur rayonunda qeydə alınıb. Polisin məlumatına əsasən, yük maşınının traktorla toqquşması nəticəsində 10 nəfər dünyasını dəyişib, 12 nəfər isə ciddi xəsarətlər alıb. Onlardan 5-nin vəziyyəti ağır olduğu üçün həlak olanların sayı arta bilər.
 
Mathura rayonunda baş verən digər fövqəladə vəziyyət zamanı isə avtomobil toy mərasiminə gedən avtobusla, o isə öz növbəsində motosikletlə toqquşub. Nəticədə 4 nəfər hadisə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən yolda vəfat edib, 2 yaralının vəziyyəti isə ağırdır.
 
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyü vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.(azərtac)
 

Google+ WhatsApp ok.ru