Hizbullah və Suriya ordusu  birgə genişmiqyaslı hərbi əməliyyata başlayıb

Hizbullah və Suriya ordusu birgə genişmiqyaslı hərbi əməliyyata başlayıb

Ərsal və Əlqələmun bölgələrini terrorçuların işğalından təmizləmək məqsədilə

Hizbullah Ərsal və Əlqələmun bölgələrini terrorçuların işğalından təmizləmək məqsədilə  genişmiqyaslı hərbi əməliyyata başlayıb. 
 
Maide.Az Əl-məyadin televiziyasına istinadən xəbər verir ki,  Livan Hİzbullah Təşkilatı  Ərsal və Əlqələmun bölgəsində əməliyyatların başlamasını rəsmi şəkildə elan edib. 
 
Reuters agentliyi də məlumat verib ki,  Suriya prezidenti  Bəşşar Əsədin tərəfdarlarından hərbi komandir elan edib ki,  Suriya ordusu və  Hizbullah  Livan-Suriya sərhədlərində yerləşən bölgələrdən  terrorçuları qovmaq məqsədi ilə birgə hərbi əməliyyata başlayıb. 
 
Suriya ordusu  terrorçuların Əlqələmun bölgəsindəki mövqelərini bombalayıb. 
 
Məlumatda bildirilir ki, Suriya ordusu və Hizbullah Ənnusrə cəbhəsinin mövqelərini  Ərsal şəhəri ətrafında birgə bombalayıb. Həmçinin  Hizbullah və Suriya ordusu qərbi Əlqələmun bölgəsində Fəlitə qəsəbəsinin yaxınlığında  Ənnusrə cəhbəsinin mövqelərinə hücum edib.  
 
Bildirilir ki, Suriyanın Əlqələmun bölgəsi və Livanın Ərsal qəsəbəsi ətrafında hərbi əməliyyatlr iki istiqamətdən aparılır.   Bir istiqamət Suriyada Fəlitə  qəsəbəsi istiqamətindən qərbi Qələmunda Ənnusrə cəhbəsinin mövqeləri istiqamətinədir. Digər istiqamət isə  Livanın  şərqi dağlarından   Ərsal qəsəbəsinin  şimal-şərq istiqamətinədir.  
 
Livan Hizbullahının  Müharibə  Təbliğatı Qərargahı elan edib ki, bu əməliyyatlar üçün müəyyən vaxt təyin olunmayıb və  proqram əsasında  mərhələli şəkildə əməliyyat davam etdiriləcək. 
 

Google+ WhatsApp ok.ru