Hizbullah məlum olmayanlar ilə təhdid edir!

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nasrullah "Əl-Məyadin" kanalına verdiyi açıqlamada düşmənlərinə gözdağı verib.
 
Maide.az xəbər verir ki, Seyid Həsən Nasrullahın açıqlamalarına görə, Hizbullahın düşmənlərinin ağlına gələn və gəlməyən hər cür silahı var. Hizbullahın əlindəki qüvvələrinin gücü məlum olmadığına görə, xüsusilə 2006 Livan-İsrail döyüşündə İsrailə rejiminə böyük sürpriz edərək, ağır bir məğlubiyyətə uğratdı.
 
"Əl-Aləm"in xəbərinə görə, İsrail kəşfiyyatı, "son texnologiya istehsalı olan bəzi silahlar Hizbullaha çatıb. Bu silahların aşkara çıxanda isə İsrail əsgərlərinin mənəvi iradəsi və torpaq sevgisi asanlıqla qırılır", - bəyanatları vermişdi.
 
Digər tərəfdən, Hizbullah mənbələrindən verilən məlumata görə, az sayda olan, ancaq güclü təlim görmüş Hizbullah desantları 2 il ərzində təhsil müəssisələrini tərk etmədən ağır şərtlərdə yarana biləcək müharibəyə hazırlaşırlar.
 
Sözügedən desantlar Livandakı Aşura mərasimləri zamanı da təhlükəsizliyi təmin etmişdi.

Google+ WhatsApp ok.ru