Hizbullahın hərbi gücü yeddiqat artıb

Sionist Haarets qəzetinin hərbi təhlilçisi Amos Heriel deyib: 2006-cı ildə İsrailin Livanla 2-ci müharibəsi ilə müqayisədə Hizbullahın hərbi qüdrəti yeddi dəfə artıb.
 
Amosun bu açıqlaması ilə yanaşı sionist rejim Xarici İşlər Nazirliyi bildirib: Hizbullahın silahları hazırda Təl-Əvivin diqqətini cəlb edəcək önəmli məsələyə çevrilmişdir. 
 
Amos əlavə edib: İsrail başçıları ötən dörd il ərzində dəfələrlə Suriyadan Hizbullaha silah nəqli barədə xəbərdarlıq edib və onu hərbi tarazlıqların pozulması adlandırıblar. 
Sionist Haarets qəzetinin hərbi təhlilçisi xatırladıb: Gizli hərbi məlumatlar Hizbullahın hazırda 100 mindən çox raketə malik olduğunu göstərir. Belə ki, Hizbullahın 2006-cı ildə ixtiyarında olduğu silahlardan yeddi dəfə çoxdur. 
 
Haaretsin hərbi təhlilçisi əlavə edib: Gizli hərbi məlumatlar Livan Hizbullahının İsrailin bütün yerlərini hədəfə ala biləcək raketlərə malik olduğunu göstərir.

Google+ WhatsApp ok.ru