Hizbullahın hücumundan sonra `Ən-Nusra` Livan-Suriya sərhədini tərk edir

Hizbullahın hücumundan sonra `Ən-Nusra` Livan-Suriya sərhədini tərk edir

Hizbullahın intensiv əməliyyatlarından sonra muhasirəyə düşən "ən-Nusra" Cəbhəsi Curud-Ərsal və əl-Qəlamun bölgəsindəki mövqelərini tərk edərək, Türkiyə sərhədində yerləşən İdlibə getməyə razılıq verib.
 
"əl-Qaidə"nin Suriya qolu "ən-Nusra" Cəbhəsi Curud-Ərsaldakı ərazilərinin 90 faizini itirdikdən sonra bölgəni tərk edərək, İdlibə getməyə razılıq verib.
 
Bu anlaşmaya əsasən bu gündən bölgədə atəşkəs bərpa ediləcək, təxliyə tezliklə icra ediləcək və "ən-Nusra"nın əsarətində olan bir neçə Hizbullah əsgəri də azad ediləcək.
 
Hizbullah lideri Həsən Nəsrullah ötən günkü çıxışında bu naliyyəti Livan xalqına xüsusilədə bölgədə yaşayan və təkfirçilikdən əziyyət çəkən sünni əhaliyə təbrik deyib.
 
Həsən Nəsrullah Hizbullah əsgərlərinə və şəhid ailələrinə də dərin minəətdarlığını bildirib.
 
Qeyd edək ki, Hizbullahın bu naliyyəti ilə Suriya-Livan sərhədi demək olar ki təhlükəsiz hala gəlir.(İslaminSesi)

Google+ WhatsApp ok.ru