Hizbullah sionist İsrail rejiminin işğalçı ordusunu raket atəşinə tutdu

Hizbullah Livanla işğalçı rejimlə sərhəddində işğalçı İsrail rejiminə məxsus zirehli texnikaya atəş açıb.
Maide.az xəbər verir ki, Hizbullahdan edilən açıqlamaya görə, Suriyada şəhid edilən Samir Kantarın intiqami üçün Şəba bölgəsində keçirilən əməliyyatda işğalçı əsgərlərdən ölən və yaralananlar var. 
Sionist rejimin işğal ordusu faktı təsdiqləyib, lakin ölən və ya yaralılar barədə hər hansı məlumat vermir.
Hizbullah İsrail rejiminə məxsus zirehli texnikasına atəş açdığını elan edib.
Hizbullah elan edib ki, bu hücum Şəba əkin sahələrində baş verib və hücum nəticəsində 1 sionist rejim əsgəri yaralanıb./
 

Google+ WhatsApp ok.ru