Hökumət sahibkarlar üçün sürpriz hazırlayır

Müxtəlif vergilər üzrə mədaxilin proqnoz göstəriciləri ekspertlərdə  hökumətin dərəcəyə və yığm metodlarına yenidən baxacağı barədə ehtimallar yardır.
 
Hökumət bu yaxınlarda 2016-cı ilin dövlət büdcəsi layihəsini açıqladı. Sənədə əsasən, sadələşdirilmiş vergi yığımı həcmi bu il üçün proqnozlaşdırılan 145 mln-dan 170 mln manata (+17,2%) artırılacaq. 2014-cü ildə Vergilər Nazirliyi sahibkarlardan 153,4 mln manat toplayıb. Bu, 2013-cü ildəkindən 28,3% çoxdur. 
 
Hökumət 2015-ci ildəkindən 7,6% çox əmlak vergisi toplamaq istəyir. 2014-cü ildə  toplanan əmlak vergisinin həcmi 141 mln manat olub. Bu il bu göstərici 7 mln manat,  2016-cı ildə 11,2 mln manat artacaq.
 
2016-cı ildə yol vergisi 70 mln manat – bu ilkindən 20 mln manat və ya 40% çox yığılacaq. İqtisadçı Samir Əliyev hesab edir ki, yəqin, hökumət bu dərəcəyə yenidən baxacaq.
 
2016-cı ildə son onillikdə ilk dəfə  fiziki şəxslərdən gəlir vergisi azalacaq. Bu il  fiziki şəxslər dövlət büdcəsinə 982 mln manat təmin edəcək. Bu, 2014-cü ildəkindən 1,8 mln manat çoxdur. 2016-cı ildə bu vergi üzrə proqnoz 957 mln manatdır (-25 mln manat). Samir Əliyevin fikrincə, demək, hökumət iş yerlərinin azalacağını istisna etmir.

Google+ WhatsApp ok.ru