`Hökumət `Hizbullah`ı silahsızlaşdırmaq niyyətində deyil` - Səid Həriri

`Hökumət `Hizbullah`ı silahsızlaşdırmaq niyyətində deyil` - Səid Həriri

-- Bu hərəkat üzərinə götürdüyü vəzifələri yerinə yetirib

Livan Baş naziri Səid Həriri müsahibəsində hökumətin "Hizbullah" hərəkatını tərki-silah etmək niyyətində olmadığını bildirib.
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, o, buna baxmayaraq, "Hizbullah"ın da silah gəzdirmək niyyətində olmadığını düşündüyünü söyləyib:
 
"Bu hərəkat üzərinə götürdüyü vəzifələri yerinə yetirib. Güclü hökumətə sahib olaraq, silahlı təhvil vermə prosesinin ordu ilə birlikdə eyni zamanda edilməsinə ümidvaram".
 
S.Həriri seçkilər yaxınlaşdıqca "Əl-Müstaqbəl Cərəyanı"nın parlamentdə tutduqları postların azalacağını, lakin, partiyanın məğlub olmaması üçün əllərindən gələni edəcəklərini sözlərinə əlavə edib.

Google+ WhatsApp ok.ru