Hndistanda vətəndaşlıqla bağlı xaos getdikcə artır

Hndistanda vətəndaşlıqla bağlı xaos getdikcə artır

Hindistanda Pakistan, Banqladeş və Əfqanıstandan olan məcburi köçkünlərə Hindistan vətəndaşlığının verilməsini asanlaşdırmaq üçün qəbul edilən yeni vətəndaşlıq qanunu yerli əhali tərəfindən sərt qarşılanıb.
 
Maide.Az İHA-ya istinadən xəbər verir ki, məcburi köçkünlərin vətəndaşlığa qəbul edilməsini istəməyən yerli əhali kütləvi aksiya keçiriblər.
 
Banqladeşlə sərhəddəki Assam əyalətində etirazçılar qatar stansiyasını yandırıblar, küçələri döyüş meydanına çeviriblər. Aksiyalara görə, qatar və təyyarə reysləri də təxirə salınıb.
 
Hindistan Baş naziri Narendra Modi xalqı sakitləşməyə çağırıb:
 
“Heç kim sizdən haqlarınızı, milli kimliyinizi ala bilməz. Bunlar daha da inkişaf edəcək. Amma mən məcburi köçkünlərin təhlükəsizliyini təmin etmək istəyirəm”.
 
Qeyd edək ki, aksiyanın qarşısını alınması üçün Assam əyalətinə əlavə qüvvələr göndərilib.

Google+ WhatsApp ok.ru