Hollandiya Türkiyədəki səfirini geri çağırdı

Hollandiya Türkiyədəki səfirini geri çağırdı

-- Hollandiya tərəfi Türkiyə tərəfindən də səfir göndərilməsini qəbul etməyəcəklərini açıqlayıb

Hollandiya bir ildir Türkiyəyə girişinə icazə verilməyən Ankara səfiri Kiis Van Riyi rəsmən geri çağırıb.
 
Maide.Az NTV-yə istinadən xəbər verir ki, Hollandiya tərəfi Türkiyə tərəfindən də səfir göndərilməsini qəbul etməyəcəklərini açıqlayıb.
 
Xatırladaq ki, ötən il Türkiyədə keçirilən referendum öncəsi Ailə və Sosial Siyasət naziri Fatma Kaya təbliğat-təşviqat kampaniyasında iştirak etmək istərkən Hollandiyada saxlanılmış və məcburi olaraq ölkədən çıxarılmışdı. Bu hadisədən sonra iki ölkə arasında siyasi kriz yaranıb.
 
Hazırda problemin həlli üçün danışıqlar prosesi dondurulub.

Google+ WhatsApp ok.ru