Hollandiyada yenə məscidə hücum oldu

Hollandiyada yenə məscidə hücum oldu

-- məscidə maddi ziyan dəyib

Hollandiyanın Draxten şəhərində radikal islamafob bir nəfər məscidə hücum edib.
 
Maide.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu barədə İslam Mərkəzi Deaxten Vəqfinin rəhbəri Xalid Bennakeur məlumat verib.
 
Onun sözlərinə görə, naməlum şəxs məscidin arxa şüşəsini  qırdıqdan sonra yanıcı maddəni içəri atıb.
 
Hadisə nəticəsində məscidə maddi ziyan dəyib.
 
Qeyd edək ki, son zamanlar Hollandiyada məscidlərə hücumlar artsa da, hələlik saxlanılan olmayıb.
 

Google+ WhatsApp ok.ru