Hollandiyada İslam Ensiklopediyasının 3-cü nüsxəsi təqdim ediləcək

Hollandiyada İslam Ensiklopediyasının 3-cü nüsxəsi təqdim ediləcək

Hollandiyanın Leiden şəhərinin "Bril" nəşriyyatı ikidilli İslam ensiklopediyasının 3-cü nüsxəsini 2017-ci ildə çap və nəşr edəcək.
 
Maide.Az xəbər verir ki, "İslam Ensiklopediyası" hər il 4 əsas hissədə və iki dildə, ingilis və fransız dillərində, çap formatında və "online" elektron fromatında nəşr edilir.
 
Bu ensiklopediyanın üçüncü nüsxəsi yeni əlavələr və redaktə ilə "20-ci əsr və dünyada müsəlman dini azlıqları" mövzusunu geniş və hərtərəfli araşdırılmışdır.
 
2017-ci ildə nəşr ediləcək bu yeni nüsxədə 47 elmi məqalə yer almışdır ki, islami araşdırmalarda müxtəlif fənlər və ixtisaslar çoxluğunun təsirini əks etdirir.
 
"İslam Ensiklopediyası" əlifba sırası ilə hazırlanmış sistematik və müntəzəm məqalələr toplusudur ki, bu məqalələrdə İslam və müsəlmanlar, islami mədəniyyət və sivilizasiya barədə danışılır.
 
Leiden İslam Ensiklopediyasını 18 və 19-cu əsrdə qərblilərin islamşünaslıq və şərqşünaslığın nəticəsi hesab etmək olar. Bu mənbə qərblilər üçün İslam və şərqin iqtisadi, mədəni və siyasi zəmində araşdırmaları üçün əsas qaynaqlardan biridir.
 
"Bril" nəşriyyatı Hollandiyanın Leiden şəhərinin elmi və dərslik kitablarını çap edən məşhur nəşriyyatdır. "Bril" nəşriyyatı 1683-cü ildə təsis edilmişdir və o zamandan indiyədək humanitar elmlər, tarix və dinlər sahəsində müxtəlif qiymətli və nəfis kitabları çap və nəşr etmişdir. (iqna) /

Google+ WhatsApp ok.ru