Hollandiyanın müsəlman bayker klubu Həcc ziyarətinə motosikletlərlə getməyə hazırlaşır

Hollandiyada yaradılan müsəlmanlar üçün ilk bayker klubu ölkənin hər yerindən olan islamçıları cəlb edir və artıq qarşısına böyük məqsəd qoyub - motosikletlərlə Həcc ziyarətinə səfər etmək.

Maide.az xəbər verir ki, motoklubun rəhbəri Utreht əyalətindən olan 34 yaşlı İza Houladır. Ötən yay o, doğma qardaşları və bir neçə dostları ilə birgə bayker klubunu yaradıb. Tez bir zamanda müsəlman bayker klubu məşhurlaşmağa başlayıb. Bu kluba hətta qadınlar da qoşulmaq istəyir. İza Houla bildirir ki, "Bizim bir məqsədimiz var - müqəddəs Məkkə şəhərinə motosikletlə səfər etmək. Və bizim Peyğəmbərimizin dediyi kimi, dində məcburiyyət yoxdur, istənilən kəs bizə qoşula bilər."//

Google+ WhatsApp ok.ru