Hollandiya yığmasının futbolçusu yaddaşını itirib 10 Noyabr 2016 02:00 İdman Hücumçu qapıçı ilə toqquşub Hollandiya yığmasının futbolçusu Vinsent Yanssen bədbəxt hadisə ilə üzləşib. "Report"un məlumatına görə, Belçika ilə keçirilən yoldaşlıq görüşü zamanı futbolçu ağır xəsarət alıb. Matçın 26-cı dəqiqəsində rəqib qapıçı Simon Minyole ilə toqquşan hücumçu yerdə hərəkətsiz vəziyyətdə qalıb. Həkimlər futbolçunu meydandan çıxararaq tibbi yardım göstərib. Hollandiya yığmasının baş məşqçisi Danni Blind "Mirror"a açıqlamasında futbolçunun toqquşma nəticəsində yaddaşını itirdiyini bildirib: "Həkimlər mənə dedi ki, onun sinirləri zədələnib və təxminən 20 dəqiqə yaddaşını itirib. O, hətta meydanda nəyin baş verdiyini də xatırlamayıb. Bu cür məqamlarda ehtiyatlı olmaq lazımdır". Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb. / Teqlər : #Hollandiya yığmasının futbolçusu yaddaşını itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan cüdoçuları dünya reytinq cədvəlinə başçılıq edirlər Bolqarıstanda sambo üzrə dünya çempionatı start götürür