Hollandyalı alimlər sübut ediblər ki, Marsda insan üçün təhlükəsiz tərəvəz və dənli bitkilər yetişdirmək olar

Hollandyalı alimlər sübut ediblər ki, Marsda insan üçün təhlükəsiz tərəvəz və dənli bitkilər yetişdirmək olar

Hollandiyanın Vaqenqen Universitetinin alimləri sübut ediblər ki, Marsın səthində insan üçün yararlı turp, noxud, çovdar və pomidor yetişdirmək olar. 
 
Maide.Az xəbər verir ki, bu barədə The Guardian qəzeti xəbər verir.
 
Holland alimlər apardığı araşdırma və təcrübələrdən sonra bu qənaətə gəliblər. NASA mütəxəssisi Viger Uomlink mətbuata açıqlamasında deyib ki, Marsdakı torpaq tərkibinə oxşar bir qablarda bitkilər əkib və 50 gündən sonra canlılarda inkişaf müşahidə edib.
 
"Bu, ümidverici nəticələrdi. Biz həqiqətəndə Marsda yetişdirilən pomidor, kələm, noxud, çovdar və turpdan qidalana bilərik"., - deyə layihədə iştirak edən alim Veqer Vamelin bildirib. 
 
Mütəxəssislərin fikrincə, Marsa uçuşlar yaxın onilliklərdə reallığa çevriləcək. Alimlər əmindirlər ki, sakinlər ilk ərzaq ehtiyatlarınl özü ilə gətirə bilərlər, amma sonra onlar yaşamaq üçün, kənd təsərrüfatı bitkiləri yetişdirməlidirlər.
 
 "Ona görə də indidən mümkün qədər daha çox sınaq keçirmək vacibdir, - deyə Vamelnik bildirib. /

Google+ WhatsApp ok.ru