Hollivudun Bilal Həbəşi barədə çəkdiyi cizgi filmi nümayiş olunacaq

Hollivudun Bilal Həbəşi barədə çəkdiyi cizgi filmi nümayiş olunacaq

İslam aləmində ilk azan verən müsəlman kimi tanınan Bilal Həbəşinin həyatından bəhs olunan "Azadlığın səsi - Bilal" animasiya filmi mayın 26-da nümayiş olunacaq.
 
Xarici mətbuat xəbər verir ki, büdcəsi 30 milyon dollar olan filmi Hollivudda işləmiş 250 nəfərlik multiplikasiya qrupu hazırlayıb. Filmdə 1400 il əvvəldən günümüzə mesajlar verərək, bütün insanlığa inam, bərabərlik və azadlığın əhəmiyyəti xatırladılır.
 
Barajoun şirkətinin hazırladığı filmdə, Bilal Həbəşinin uşaqlığı ilə başlayan azadlıq mübarizəsi izah olunacaq. Filmin 500 kinoteatrda ekrana verilməsi planlaşdırılır.(deyerler) 

Google+ WhatsApp ok.ru