Honkonqda səyyar satıcılar 48 polisi yaralayıb

Honkonqda etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində azı 48 nəfər xəsarət alıb.
 
Maide.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər, o cümlədən insidenti işıqlandıran 4 jurnalist saxlanılıb.
 
Məlumata əsasən, yerli ticarətçilər və onların fəaliyyətini yoxlamaq üçün gələn Ərzaq və Gigiyena Departamentinin  nümayəndələri arasında münaqişə baş verib.
 
Toqquşmalar yerli radikalların ticarətçiləri müdafiə etməsindən sonra başlayıb. Polislər etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Münaqişənin səbəbləri barədə məlumat verilmir. 

Google+ WhatsApp ok.ru