Hüquq müdafiəçisi QHT təmsilçilərinin həbsi ilə bağlı Rüstəm Usubovla görüşüb

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanda QHT təmsilçilərinin son həbsi ilə bağlı Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.
 
Bu barədə APA-ya N. Cəfəroğlu məlumat verib.
 
Görüşün detalları barədə hələlik açıqlama vermək istəməyən hüquq müdafiəçisi hazırda ölkədə olmadığını, qayıdandan sonra ətraflı məlumat verəcəyini bildirib: “Qayıdandan sonra bu barədə geniş məlumat verəcəyəm”.

Google+ WhatsApp ok.ru