Hüquq müdafiəçiləri polisin dindarlara qarşı zorakılığını pisləyir

Siyasi Məhbusları Monitorinq Mərkəzi “Həzrət abbas” məscidinin axundu Elçin Qasımovun saxlanılması ilə əlaqədar Sabunçu polisi qarşısında dindarların aksiyasının amansızca dağıdılmasını pisləyib.
 
Mərkəzin bəyanatında dindarların dinc aksiyasına qarşı DİN-in xüsusi təyinatlı dəstəsinin cəlb edilməsi və onların həbsi tənqidə məruz qoyulub.
 
Həmçinin, Qasımovun işi üzrə vəkilinin iştirakı olmadan qapalı proses keçirilməsi və onun 30 gün müddətinə həbs edilməsi pislənir.
 
Mərkəz polisin dindarları hansı əsaslarla döydüyünü və məhkəmələrin niyə ölkə qanunlarına hörmət etmədiyini izah etmək xahişi ilə DİN rəhbərinə, baş prokurora, ombudsmana və Birgə İşçi Qrupdan olan hüquq müdafiəçilərinə müraciət edib.
 
Siyasi Məhbusları Monitorinq Mərkəzi 2014-cü ildə Elşən Həsənovun başçılığı ilə bir qrup “vicdan məhbusu” tərəfindən yaradılıb.contact /

Google+ WhatsApp ok.ru