Hüquq müdafiəçiləri “Nardaran işi” üzrə tutulanlara təzyiqləri pisləyir

Hüquq müdafiəçiləri “Nardaran işi” üzrə tutulanlara təzyiqləri pisləyir

Siyasi Məhbusların Monitorinqi Mərkəzi bəyanat verərək “Nardaran işi” üzrə ittiham olunanların və onların vəkillərinin hüquqlarının kobud pozulduğunu bildirib.
 
İclaslardan birində şahid, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Samir Həşimov vəkil Nemət Kərimovla kobud davranıb.
 
Ancaq hakim Əlövsət buna reaksiya verməyib, əksinə, vəkilə irad tutub.
 
Mərkəz bunu vəkillik haqqında qanunun, əsasən vəkillərin müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verən 15-ci maddənin pozulması kimi qiymətləndirib.
 
“Hakim Əlövsət Abbasov açıq şəkildə dövlət ittihamçısını dəstəkləyir, vəkillərin vəsatətini qəbul etmir, qərəzsizlik prinsipini pozur”, -Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.
 
“Biz qanun əsasında ədalətli məhkəmə, vəkillərin müstəqil fəaliyyətinə zəmanət verilməsini, şahidlərə təzyiqlərə son qoyulmasını tələb edirik”, - sənəddə deyilir.
 
*2015-ci il noyabrın 26-da Nardaranda keçiriilmiş xüsusi əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla, 6 nəfər öldürülüb. Hadisələrdən sonra 70-dən çox adam saxlanılıb. Hazırda onlardan 18 nəfərinin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edir.(contact.az)

Google+ WhatsApp ok.ru