Hüquq müdafiəçisi Yəmənə müdaxiləni tənqid etdiyinə görə 5 il həbs aldı

Hüquq müdafiəçisi Yəmənə müdaxiləni tənqid etdiyinə görə 5 il həbs aldı

-- hazırda Bəhreynin həbsxanalarında yüzlərlə siyasi məhbus var

Bəhreynli tanınmış hüquq müdafiəçisi “Bəhreyn İnsan Hüquqları Mərkəzi”nin sədri Nəbil Rəcəb 5 il həbsə məhkum edilib.
 
Maide.Az "İslaminSesi"-nə  istinadla xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.
 
Nəbil Rəcəb öz paylaşımlarında Səudiyyə Ərəbistanın və Bəhreynin Yəmənə müdaxiləsini və ABŞ-ın bu iki ölkəyə yardımını pisləmişdi.
 
Bəhreyn məhkəməsi Nəbil Rəcəbə əlavə 5 il həbs verib.
 
Qeyd edək ki, hal-hazırda Bəhreynin həbsxanalarında yüzlərlə siyasi məhbus var.
 

Google+ WhatsApp ok.ru