Hüquq müdafiəçini maşın vurub - YENİLƏNİB/VİDEO

Hüquq müdafiəçini maşın vurub - YENİLƏNİB/VİDEO

(Vurulma anını göstərən video əlavə olunub) 
 
Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi Hunday Ksent markalı ağ rəngdə avtomobil vurub.  
 
Hadisə şahidlərin sözlərinə görə, bu, Gülalıyev yolu keçərkən baş verib. Qəza baş verəndən sonra avtomobil sürücüsü özü Gülalıyevi xəstəxanaya çatdırıb. 
 
Yaxınların AzadlıqRadiosuna verdikləri məlumata görə, hüquq müdafiəçisi 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müainədən keçirilib. "MRT-dən keçirilib, həkimlərin sözlərinə görə, başından xəsarət alıb. Müayinələr davam etdirilir. Hazırda həkimlərin nəzarətindədir".
 
Son məlumata görə,  həkimlər Gülalıyevə  beyinə  qan sızması diaqnozu qoyub.   /contact.az
 

Google+ WhatsApp ok.ru