Hüquq müdafiəçiləri siyasi məhbus siyahısını dərc ediblər

Hüquq müdafiəçiləri siyasi məhbus siyahısını dərc ediblər

Mayın 13-də "Azərbaycan siyasi məhbuslarına azadlıq" Birliyi son həbslər və məhkəmə prosesləri nəzərə alınmaqla, siyasi məhbus siyahısını dərc edib.

 
Siyahıya 2020-ci il martın 20-nə qədər haqqında etibarlı məlumat əldə etmək mümkün olan siyasi motivlərlə həbs və mühakimə edilmiş hər kəsin adı daxildir, bu barədə Birliyin press-relizində deyilir.
 
Məlumatda qeyd edilir ki, siyahı AŞPA-nın 2012-ci ilin oktyabrı tarixli 1900 nömrəli qətnaməsində (http://www.coe.int/t/r/parliamentary_assembly/ %5BRussian_documents%5D/%5B2012%5D/% 5BOct2012%5D/Res1900_rus.asp) yer alan meyarlar əsasında tərtib edilib.
 
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus (keçmiş "vicdan məhbusu) və "Siyasi Məhbusların Monitorinq Mərkəzi" İctimai Birliyinin sədri Elşən Həsənov tərtib ediblər.
 
Siyahıda yer alan 155 nəfər 9 qrupa bölünüb:
 
№ 1 - jurnalistlər və blogerlər - 7 nəfər;
 
№ 2 - müxalif partiyaların və hərkatların üzvləri - 8 nəfər;
 
№ 3 - MNT-dəki cinayətlərin qurbanları - 3 nəfər;
 
№ 4 - dindarlar –  51 nəfər;
 
№ 5 - girov – 1 nəfər;
 
№ 6 - Tərtər işi üzrə həbs edilənlər - 25 nəfər;
 
№ 7 - Gəncə işi üzrə həbs edilənlər - 45 nəfər;
 
№ 8 - Psixiatriya xəstəxanasına yerləşdirilən – 1 nəfər;
 
№ 9 - ömürlük həbs edilənlər - 14 nəfər.
 
Koronavirus dövründə repressiya qurbanları hesabına siyasi məhbusların sayı artıb. Buraya Tofiq Yaqublu, Elçin Məmməd, Aqil Hümbətov, Əlizamin Salayev və 2018-ci ildə qapalı məhkəmə proseslərində saxta ittihamlarla uzunmüddətli həbs cəzalarına məhkum edilmiş 25 nəfər daxildir.
 

Google+ WhatsApp ok.ru