Hörümçək yuvasından da süst sığınacaq

Hörümçək yuvasından da süst sığınacaq

Allah-Taala Qurani-Kərimin “Ənkəbut” surəsinin 41-43-cü ayələrində buyurur:

مَثَلُ الَّذِینَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِیاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَیتًا وَإِنَّ أَوْهَنَ الْبُیوتِ لَبَیتُ الْعَنْكَبُوتِ لَوْ كَانُوا یعْلَمُونَ

“Allahdan başqasını özlərinə hami, yardımçı və dost seçənlər özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.”

إِنَّ اللَّهَ یعْلَمُ مَا یدْعُونَ مِنْ دُونِهِ مِنْ شَیءٍ وَهُوَ الْعَزِیزُ الْحَكِیمُ

“Şübhəsiz, Allah onların Ondan qeyri hər nəyə pərəstiş etdiklərini bilir. O, yenilməz qüdrət və hikmət sahibidir.”

وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا یعْقِلُهَا إِلَّا الْعَالِمُونَ

“(Biz) belə məsəlləri insanlar üçün çəkirik və lakin onları alimlərdən başqası anlamaz (dərinliyinə və həqiqətinə varmaz).” (“Ənkəbut” surəsi, ayə 41-43.)

Qurani-Kərimdə müşriklərin cansız tanrılarının təhqiri ilə bağlı müxtəlif məsəllər çəkilir və hətta onların milçəkdən də aciz olduqları bildirilir. Bu məsəldə onlar yuvaların ən süstü olan hörümçək yuvasına bənzədilir. Qurani-Kərimin bütlər və müşriklərin tanrıları barəsində bu qədər təşbeh və bənzətmələrə yer verməsi onun dərin təsiri ilə əlaqədardır. Bununla belə, düşünən beyinlər üçün dəyərli bürhanlar da az deyildir. Qurani-Kərim bir dəfə “Mömin qeybət etməməlidir. Qeybət böyük günahlardandır və qeybət qıranın cəzası ağırdır!” – deyirsə, başqa bir dəfə onu belə təsvir edir: “Ey iman gətirənlər!... Başqalarının eyib və sirlərini arayıb-axtarmayın və bir-birinizin qeybətini qırmayın. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyərmi? (Şübhəsiz,) ondan iyrənərsiniz.” (“Hücurat” surəsi, ayə 12.)

Şübhəsiz, belə bir təşbeh insanların psixologiyasında böyük təsir qoyur. Cansız tanrıların da milçək və digər həşəratlara, yaxud hörümçək yuvasına təşbeh edilməsi ilə onların təhqir və məzəmməti, eləcə də, onların əlindən heç bir iş gəlmədiyi nəzərdə tutulur. Hörümçək yuvası kiçik hadisələr müqabilində müqavimətsizdir, adi bir külək və ya üstünə tökülən su damlası ilə uçulub-dağılır. İslamın ilkin çağlarındakı və ya indinin özündə Hindistan, Yaponiya və Asiyanın cənub şərqində pərəstiş olunan ağac və daşdan yonulmuş bütlər, habelə zalım hegemon qüvvələri özlərinə hami və yardımçı seçənlər də, Qurani-Kərimə əsasən, hörümçəyin yuvasına bənzəyir:

مَثَلُ الَّذِینَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِیاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَیتًا...

“Allahdan başqasını özlərinə hami, yardımçı və dost seçən kəslər özünə yuva qurmuş hörümçəyə bənzərlər.”

Onların Allahdan qeyrisinə pərəstiş etməsi Ona zərər yetirmir. Çünki O, yenilməz qüdrət və hikmət sahibidir. Bununla belə, çəkilən rəngarəng məsəllər düşünən insanları təfəkkürə sövq edir:

وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا یعْقِلُهَا إِلَّا الْعَالِمُونَ

“(Biz) belə məsəlləri insanlar üçün çəkirik və lakin onları alimlərdən başqası anlamaz (dərinliyinə və həqiqətinə varmaz).” (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 38-ci məsəl, səh.131-132.)

Maide.az

Google+ WhatsApp ok.ru