HRW: `Bəhreyn həbsxanalarında məhbuslara qarşı işgəncələr edilir`

HRW: `Bəhreyn həbsxanalarında məhbuslara qarşı işgəncələr edilir`

Human Rights Watch təşkilatının müşahidəçiləri Bəhreyn həbsxanalarındakı məhkumların ağır şəraitdə saxlanıldığını bildirib.
 
Bahrain Mirror saytı hazırladığı xəbərdə bu barədə qeyd edib. Xəbərdə Ali Xəlifə rejiminə aid həbsxanalarda olan bəhreynli məhbuslara qarşı işgəncə və pis rəftarların davam etdirildiyi vurğulanıb.
 
Human Rights Watch tərəfindən hazırlanan bir hesabatda, Bəhreyn təhlükəsizlik qüvvələrinin həbsxanalarda məhbuslara qarşı qeyri-insani hərəkətlərin baş verdiyi qeyd olunaraq, bunların beynəlxalq hüquqa zidd olduğu bildirilib. 
 
"Məhbuslara lazım olan tibbi xidmətlər təqdim olunmalı və onlara ailələri ilə əlaqə saxlamaq icazəsi verilməlidir", - ifadəsi hesabatda qeyd olunan tələblər arasındadır.(deyerler)
 

Google+ WhatsApp ok.ru