HRW: Bəhreyndə insan haqlarının vəziyyəti daha da pisləşir

HRW: Bəhreyndə insan haqlarının vəziyyəti daha da pisləşir

Human Rights Watch (HRW) təşkilatı Bəhreyndəki insan haqları vəziyyətinin getdikcə daha da pisləşməkdə olduğunu qeyd edərək, ölkədəki siyasi fəalların siyasi və ictimai hüquqlarının tamamilə tapdalandığını bildirib.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, HRW yanvarın 17-si verdiyi bəyanatında, Bəhreyndə rejim əleyhinə etiraz aksiyaları vaxtı ən azı 164 etirazçının öldüyü, minlərlə insanın həbs olunduğu bildirilib.
 
HRW Bəhreyndə siyasi və hüquqi şəffaflığın olmamasına görə, ölkədə həbs olunan ən azı 5 nəfərin məruz qaldıqları işgəncələr nəticəsində öldüyünü və hazırda 4 min siyasi məhbusun pis şəraitdə saxlanıldığını bildirib.
 

Google+ WhatsApp ok.ru