HRW Səudiyyə rejiminin qara siyahıdan çıxarılmasına qarşı çıxıb

HRW Səudiyyə rejiminin qara siyahıdan çıxarılmasına qarşı çıxıb

Hyuman Rayts Votç (Human Rights Watch - HRW) BMT baş katibinin uşaqların öldürülməsi ilə bağlı məruzəsində, Səudiyyə rejiminə dair mövzuların üzərindən keçilməsini qınadı. HRW illik hesabatında Səudiyyə rejiminin insan hüquqlarını pozanların qara siyahısından çıxarılması üçün BMT Baş katibinin rəsmi açıqlamalarını tənqid etdi.
 
 Maide.Az "Deyerler.org"a istinadla xəbər verir ki, HRW bildirib: “Quterreşin bu siyahıya yanaşması, onun insan hüquqları mövzusunda tələblərinə uyğun deyil. Quterreşin yanaşması onun uşaq hüquqlarını pozanları cəzalandırmaq niyyətinin səmimiliyinə şübhə yaradır".
 
HRW-ya görə, Quterreş hesabatında ABŞ və İsrail rejiminin insan haqları pozuntularını inkar edir. Quterreş Səudiyyə rejiminin təcavüzkar koalisiyasını insan haqlarını pozanların siyahısından çıxardıb.
 
BMT rəsmiləri Ər-Riyadın maddi yardımına cavab olaraq, Səudiyyə rejiminə yaxşı xidmət göstərməkdə günahlandırılır.
 
Yəmən Səhiyyə Nazirliyi yaxınlarda, müharibə, mühasirə səbəbindən zəruri dərmanların olmamasına görə, hər il ən azı 100.000 yəmənli uşağın öldüyünü açıqlayıb.
 
 Xatırladaq  ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin o cümlədən minlərlə uşaq və qadının ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.
 

Google+ WhatsApp ok.ru