HRW Vaşinqtonu Əliyevdən bütün siyasi məhbusları azad etməyi tələb etməyə çağırır

ABŞ administrasiyası Azərbaycan prezidentindən əsassız olaraq saxlanılmış bütün vətəndaş fəallarını və siyasi fəalları azad etməyi tələb etməlidir. Bu barədə Human Rights Watch-un 30 mart tarixli bəyanatında deyilir.
 
“Onlar Əliyevi bu yaxınlarda azad edilmiş bütün vicdan məhbuslarına qarşı məhdudiyyətləri ləğv etməyə, onların fundamental hüquqlarının həyata keçirilməsini təmin etməyə razılaşdırmalıdır”, deyə bəyanatda bildirilir.
 
“Obama administrasiyası və Konqres bu imkandan Azərbaycanda repressiyalar kampaniyasına son qoymaq üçün istifadə etməlidir”, deyə bəyanatda bildirilir.
 
Xatırladaq ki, martın 31-də - aprelin 1-də ABŞ-da Nüvə Təhlükəsizliyi Sammiti keçirilir.

Google+ WhatsApp ok.ru