Hudeydədən didərgin düşənlərin sayı 280 mini keçdi: 47 min ailə

Hudeydədən didərgin düşənlərin sayı 280 mini keçdi: 47 min ailə

Səudiyyə Ərəbistanın təcavüzünün davamında Yəmənin Hideydə şəhərində təqribən 47 min ailə evlərindən didərgin düşüb. 
 
Maide.Az “dunyabulteni”ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından verilən məlumata görə,   Səudiyyə Ərəbistanı və koalisiya qüvvələrinin təcavüzünə məruz qalmış  Yəmənin Hudeydə bölgəsində əhali şəhərdən köçməyə davam edir və iyun ayından bəri köçənlərin sayı 284 min 280 nəfəri keçib. Evlərindən didərgin düşmüş insanlar 47 min 380 ailəyə mənsubdur.
 
Məlumatda həmçinin bölgədə gedən döyüşlərə görə,  bir çox tibb mərkəzi və xəstəxananı  bağlandığı da vurğulanır. 
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində 10 mindən çox uşaq və qadın həyatını itirib.  Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 

Google+ WhatsApp ok.ru