Hudeyde şəhərində atəşkəs rejiminin tətbiqi başlayandan bəri 217 mülki şəxs öldürülüb

Hudeyde şəhərində atəşkəs rejiminin tətbiqi başlayandan bəri 217 mülki şəxs öldürülüb

Yəmən ordusu, ölkənin qərbindəki Hudeyde şəhərində atəşkəs rejiminin tətbiqi başlayandan bəri 217 mülki şəxsin öldüyünü və 2000-dən çox insanın yaralandığını açıqlayıb. 
 
Maide.Az “Anadolu” agneltiyinə istindala xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsində əldə olunan atəşkəsin qüvvəyə mindiyi 18 dekabr 2018-ci ildən bu günə qədər əksəriyyəti qadın və uşaqlar olan  217 mülki şəxsin həyatını itirdiyi bildirilir. 
 
Məlumata görə, eyni dövrdə 2 min 152 yəmənli isə yaralanıb. Bildirilir ki, mülki şəxslər təsadüfi hücumlar, minalanmış ərazilər, yol və fermalara yerləşdirilən partlayıcı maddələr səbəbiylə ölüb və yaralanıb. 
 
Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə, 10 mindən çox uşaq və qadın həyatını itirib, 55 min nəfər yaralanıb, 8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Səudiyyə Ərəbistanı rejiminin Yəməni mühasirədə saxlaması və ölkəyə humanitar yardımın əngəllənməsi səbəbindən Yəməndə kütləvi xəstəliklər hökm sürür.
 
Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşi Üzrə Ali Komissarlığı indiyədək Yəməndə 27 min nəfərdən çox insanı vəba ilə mübarizə və bu epidemiyadan qorunmaq yolları barədə məlumatlandırıb.    
 

Google+ WhatsApp ok.ru