Human Rights Watch: Səudiyyə Ərəbistan Yəməndə hərbi cinayət törədir

Human Rights Watch: Səudiyyə Ərəbistan Yəməndə hərbi cinayət törədir

İnsan Haqları üzrə beynəlxalq Human Rights Watch təşkilatı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə həyata keçirdikləri hərbi əməliyyatları hərbi cinayət adlandırıb. 
 
Maide.Az xəbər verir ki,  təşkilatın açıqlamasında bildirilir ki,  son iki ay ərzində Ali Səud rejimin başçılıq etdiyi  koalisiya qüvvələrinin hərbi hava zərbələri nəticəsində  39 mülkü şəxs həlak olub ki, onlardan 26-sı azyaşlı uşaqdır. 
 
Statistik məlumatlara görə, beş hava hücumu nəticəsində  4 yaşayış binası və 1 mağaza qəsdən və ya məsuliyyətsizlik üzündən  hədəfə alınıb ki, bu da dinc sakinlərin ölümünə səbəb olub. Bu konkret olaraq hərbi cinayət hesab olunur. 
 
Təşkilat BMT TŞ-nin sentyabrda keçiriləcək iclasında baş vermiş qanun pozuntuları ilə bağlı beynəlxalq araşdırılma aparılmasına dair qərar qəbul etməsini tələb edib. 
 
Qeyd edək ki, BMT bazar ertəsi Yəməndə 5144 dinc sakinin öldürüldüyünü təsdiq edib. Qeyd olunub ki, öldürülən yəmənlilərin əksəriyyəti  Səudiyyə Ərəbistan rejiminin rəhbərlik etdiyi koalisiyanın Yəmənə təşkil etdiyi hücumlar nəticəsində  həyatını itirib.  BMT bu haqda beynəlxalq araşdırmanın aparılmasının zəruriliyini vurğulayıb.

Google+ WhatsApp ok.ru