`Human Rights Watch` Yəməndəki cinayətlərin araşdırılmasını istəyir

`Human Rights Watch` Yəməndəki cinayətlərin araşdırılmasını istəyir

"Human Rights Watch" beynəlxalq insan haqlarını müdafiə təşkilatı BMT-dən istəyib ki, Yəməndə törədilən cinayətlər haqqında beynəlxalq araşdırma başlatsın. 
 
Maide.Az xəbər verir ki, “əl-Cəzirə” kanalının məlumatına görə, "Human Rights Watch" təşkilatı elan edib ki, Yəməndə ən böyük insani faciə yaşanır və bu ölkədə 7 milyon nəfər aclıq və qıtlıqla üz-üzədir. 
 
Səudiyyə Ərəbistanı rejimi ABŞ və bəzi ərəb ölkələrinin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüz edib. Ali-Səud rejimi Yəməni quru, dəniz və havadan mühasirədə saxlayır.  
 
Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 min yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub. 
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.    
 

Google+ WhatsApp ok.ru