Human Rights Watch: Çin müsəlman uyğurlara qarşı kütləvi, sistematik insan haqları pozuntuları kampaniyası aparır

Human Rights Watch: Çin müsəlman uyğurlara qarşı kütləvi, sistematik insan haqları pozuntuları kampaniyası aparır

Çin müsəlman uyğur azlığına qarşı “kütləvi, sistematik insan haqları pozuntuları kampaniyası” aparır.
 
Maide.Az "azadliq.org"-a istinadən xəbər verir ki, belə bir bəyanatla Human Rights Watch insan haqları təşkilatı çıxış edib.
 
Nyu Yorkda mənzillənən qurum sentyabrın 10-da yaydığı hesabatda bildirib ki, Çin hökuməti Sincan regionundakı uyğurları “qanunsuz saxlayır, işgəncə verir, onlarla pis rəftar edir, getdikcə gündəlik həyatlarını daha çox nəzarətdə saxlayır”.
 
Hesabatda BMT-nin İrqi Ayrıseçkiliyin Məhvi Komitəsinin qeydlərinə də yer verilib. Komitə avqustun 10-da bildirmişdi ki, Çindəki uyğurlar “ekstremizmə qarşı mərkəzlər”də saxlanır, milyonlarla uyğur yenidən təhsil düşərgələrinə cəlb olunur, Çinin uyğur regionu “kütləvi həbs düşərgəsini xatırladan məkana” çevrilir.

Google+ WhatsApp ok.ru