Human Rights Watch:Myanmada kütləvi təcavüz, işgəncə və qırğınlar törədilib

Human Rights Watch:Myanmada kütləvi təcavüz, işgəncə və qırğınlar törədilib

-- Human Rights Watch təşkilatı 37 səhifəlik hesabat yayımlayıb

Nüfuzlu insan haqları təşkilatı  “Human Rights Watch (HRW) ” hesabatında Arakanlı müsəlmanlarının Myanma ordusu tərəfindən kütləvi təcavüzə, işgəncələrə və qırğınlara məruz qaldığını bildirib. 
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, Human Rights Watch təşkilatı tərəfindən nəşr olunan "Mənim bütün vücudumda: Myanma qadın və qızlarına qarşı cinsi zorakılıq” adlı 37 səhifəlik hesabatda, Myanma ordusunun Arakanlı müsəlman qadın və qızlara qarşı tətbiq etdiyi zorakılıqları və təcavüzlər haqqında məlumat əks olunub.  
 
Aralarında 18 yaşdan az olan  3 qızın da olduğu, 52 qadınla aparılan müsahibə nəticəsində hazırlanan hesabatda bir çox qadın, uşaq və ailənin öldürüldüyü bildirilib. Müsahibə aparılan qadınlardan 29-u  təcavüz qurbanı olub. 
 
Arakanlı müsəlman qadın və qızların Myanma təhlükəsizlik güclərinin kütləvi zorakılıq və təcavüzünə məruz qaldığını bildirən hesabatda qeyd olunur ki, təcavüz qurbanı olmuş qadınlar acı içində günlərlə yolda olub və Bangladeşə qaçmağa çalışıb. 
 
Hesabatda təcavüzün, Myanma ordusunun Arakan müsəlmanlarına tətbiq etdiyi etnik təmizlənmənin bir parçası olduğu bildirilir və Myanma təhlükəsizlik güclərinin dəhşətli şiddətə məruz qoyduğu çox sayda Arakanlı müsəlman qadınların böyük bir travma yaşadıqları qeyd  olunur. 
Human Rights Watch təşkilatı öz hesabatında Birləşmiş Millətlər Təşkilatına (BMT) Arakanlı müsəlmanların məruz qaldığı şiddət və təcavüz cinayətlərinə son qoyulması üçün Myanma hökumətinə təzyiq etməsi və günahkarların cəzalandırılmasını tələb edib. 

Google+ WhatsApp ok.ru