`Human Rights Watch`: `Myanma hökuməti insanlığa qarşı cinayət törədib`

`Human Rights Watch`: `Myanma hökuməti insanlığa qarşı cinayət törədib`

"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı yeni hesabatın Myanma hökumətinin Rohinciya müsəlmanlarına qarşı represiyalar zamanı insanlığa qarşı cinayət törətdiyini bildirib. 
 
Maide.Az “Reuters”ə istinadən xəbər verir ki, "Human Rights Watch" bu gün yayımladığı hesabatda bildirib ki, Myanma hökuməti Raxin əyalətində yaraqlılar əleyhinə əməliyyatlar zamanı insanlığa qarşı cinayət törədib.
 
Təşkilat BMT-dən istəyib ki, Myanma hökuməti əleyhinə sanksiya tətbiq etsin və bu ölkəyə silah satışını qadağan etsin.
 
Myanma hökuməti hələlik bu hesabata münasibət bildirməyib. Lakin bundan öncə Myanma rəsmiləri BMT-nin Raxin əyalətində etnik təmizləmə ilə bağlı iddalarını təkzib edib. 
 
Bİldirilir ki, son  qarşıdurmalar zamanı Raxin əyalətindən 440 mindən çox müsəlman Banqladeşə köçmək məcburiyyətində qalıb.  
BMT yaxın günlərdə bu məsələni araşdırmaq üçün  iclas keçirəcək. /

Google+ WhatsApp ok.ru