Human Rights Watch: `Türkiyənin müstəqil mediası susdurulur`

Human Rights Watch: `Türkiyənin müstəqil mediası susdurulur`

Human Rights Watch (HRW) təşkilatı tərəfindən dərc olunan hesabatda, Türkiyənin müstəqil mediasının "susdurulduğu" bildirilib.
 
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, HRW Türkiyə ilə bağlı hesabat dərc edib. Hesabatda Türkiyədә iyulun 15-dəki uğursuz dövlət çevrilişi cəhdindən sonra, "həbslərlə bağlı tənqidlərin qarşısını almaq üçün müstəqil medianın susdurulduğu" qeyd edilib.
 
Türkiyədə "tənqidi jurnalistikaya hücumun artdığı"nı bildirən hesabatda, 2014-cü ildən etibarən vəziyyətin getdikcə pisləşməkdə olduğu vurğulanıb.
 
Hesabatda hәmçinin iyulun 14-dən etibarən 140 media qurumu və 29 nəşriyyatın bağlandığı qeyd olunaraq, 2500 jurnalist və mətbuat işçisinin işdən çıxarıldığı bildirilir.
 

Google+ WhatsApp ok.ru